Yeni sənaye naziri təyin edilib

Türkmənistanda Kərim Durdımıradov sənaye naziri təyin edilib.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkmənistan prezidenti müvafiq fərman verib.

Bunda əvvəl K.Durdımıradov “Türkmənstandart” Dövlət Xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, sabiq sənaye naziri Amanberdi Tuyliyev “vəzifə səlahiyyətlərinin icrasında ciddi çatışmazlıqlara görə” azad edilmişdi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə