Rusiyada keçmiş ukraynalı nazirə qarşı cinayət işi açılıb

Rusiyada keçmiş ukraynalı nazirə qarşı cinayət işi açılıb

Rusiya İstintaq Komitəsi Ukraynanın keçmiş müdafiə naziri Anatoli Qritsenko barəsində cinayət işi başladıb. Axar.az xəbər verir ki, buna səbəb kimi bir neçə gün öncə Qritsenkonun Rusiyada terror aktları törədiləcəyi ilə bağlı səsləndirdiyi təhdidlər göstərilib.

İstintaq Komitəsinin sözçüsü Svetlana Petronkonun sözlərinə görə, sabiq nazirin sözləri mütəxəssislər tərəfindən araşdırılıb və belə nəticəyə gəlinib ki, o Rusiyaya qarşı terror çağırışı edib:

“Bu kimi cinayətlərə əl atanları 5 ildən 7 ilə kimi həbs cəzası, yaxud böyük miqdarda cərimə gözləyir”

Bütün xəbərlər Facebook səhifəmizdə