Cümə günü İordan çayının qərb sahilində və Qüdsdə İsrail polisi ilə toqquşmalarda 200-dən çox fələstinli yaralanıb. Bu barədə Al Jazeera telekanalı Fələstin Qırmızı Aypara Cəmiyyətinə istinadla məlumat yayıb. Toqquşmalar nəticəsində indiyədək 217 nəfərin xəsarət aldığı bildirilir. Qəzzə sektorunun şərq sahilində isə 16 ərəb yaralanıb.
Fələstinlilərin ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanımasına etiraz əlaməti olan kütləvi nümayişləri günorta namazından sonra başlayıb. Minlərlə ərəb şəhər və qəsəbələrin küçələrinə çıxıb. KİV-in son məlumatlarına görə, toqquşmalarda artıq bir fələstinli yeniyetmə öldürülüb.
Xatırladaq ki, ABŞ Prezident Donald Tramp dekabrın 6-da Qüdsü İsrail paytaxtı kimi tanıyıb və ABŞ səfirliyinin Təl-Əvivdən bu şəhərə köçürülməsinə hazırlıq görülməsi barədə tapşırıq verib. İslam ölkələrinin rəhbərləri Vaşinqtonun qərarını sərt tənqid ediblər. Həmçinin Avropa İttifaqının mərkəzi aparatı, Roma Papası, Avropa ölkələrinin liderləri də Trampın bu addımına qarşı çıxıb, regionda gərginliyin artmasından narahatlıq ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB