Türkiyədə kütləvi aksiyalar keçiriləcək

Türkiyədə kütləvi aksiyalar keçiriləcək

Türkiyənin bütün vilayətlərində Qüdsün ABŞ tərəfindən İsrail paytaxtı kimi tanınmasına etiraz olaraq kütləvi aksiyalar keçiriləcək. SİA-nın verdiyi məlumata görə, etiraz aksiyaları cümə namazından dərhal sonra başlayacaq. Ankara və İstanbulda etirazlar ABŞ səfirliyi və baş konsulluğu qarşısında da keçiriləcək.

Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə