Qazaxıstanda qəza: 11 adam yanaraq öldü

Qazaxıstanda qəza: 11 adam yanaraq öldü

Qazaxıstanın Karakanda şəhərində baş verən yol qəzasında 11 adam yanaraq həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyi hadisənin iki sərnişin avtobusu ilə iki yük maşınınının toqquşması nəticəsində baş verdiyini açıqlayıb.

 

"Mersedes" markalı avtobusda 17, "Setra" markalı avtobusda isə 24 sərnişin olub. Hadisəyə səbəb kimi avtobuslardan birinin ötmə əməliyyatını səhv yerinə yetirməsi nəticəsində qarşıdan gələn yük maşını ilə toqquşması göstərilir. Ölən və yaralıların Ozbəkistan vətəndaşlarının olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə