Çilidə yerin altında 69 gün qalmış 33 şaxtaçının çıxarılması prosesi başa çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, canlı yayımlanan xilasetmə əməliyyatının sonuncu mərhələsi oktyabrın 13-ü səhərə yaxın başlayıb. Sonuncu olaraq 54 yaşlı növbə rəisi Luis Ursua xilas edilib. Ümumilikdə xilasetmə əməliyyatı 22 saat 35 dəqiqə davam edib.
Qeyd edək ki, şaxtaçılar avqustun 5-dən San Xose şaxtasında yerin altında qalmışdılar. Uzun müddət onlardan xəbər alınmadığından şaxtaçıların həlak olduqları güman edilirdi. Yalnız avqustun 22-də onlarla əlaqə saxlamaq mümkün oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB