Rusiya XİN müavini: “Rusiya İrana qarşı amerikayönümlü siyasət aparmır”
İrana S-300 zenit raket sistemlərinin verilməsindən imtina etmək barədə qərar qəbul edərkən Rusiya hansısa amerikayönümlü siyasi xətti yürütməyib, yalnız öz maraqlarından çıxış edib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov söyləyib. Rəsmi Tehranın ittihamlarına cavab olaraq rusiyalı diplomat iki ölkə arasında yaranmış vəziyyətdə heç bir siyasi sensassiyanın olmadığını bildirib.
O, qeyd edib ki, rəsmi Moskva ancaq öz maraqlarından çıxış edərək qərarlar qəbul edir: "Burada heç bir siyasi sensassiya yoxdur. Biz Vaşinqton və Tehranın bu qərara reaksiyasını izlədik. Bu vəziyyətdə bütün digər vəziyyətlərdə olduğu kimi Rusiyanın mövqeyi iranyönümlü, amerikayönümlü və digər yönümlü yox, rusiyayönümlüdür. Biz yalnız və ancaq öz milli maraqlarımızdan çıxış edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB