ABŞ prezidenti Donald Trampın Qüdsü rəsmən İsrailin paytaxtı kimi qəbul etməsinə dünya liderlərindən də reaksiyalar gəlməyə başlayıb. “Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Trampa zəng edərək narahatlığını dilə gətirib.
O deyib ki, bu qərar sülh prosesinə mənfi təsir edəcək: “Qüdsün statusu Fələstin və İsrail arasındakı sülh danışıqlarında həll olunmalıdır”, - deyə Makron amerikalı həmkarının qərarını tənqid edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB