"Ukraynada Saakaşvilinin həbsi üçün xüsusi əməliyyat hazırlayırlar"

"Ukraynada Saakaşvilinin həbsi üçün xüsusi əməliyyat hazırlayırlar"

Ukraynanın hüquq-mühafizə orqanları Mixail Saakaşvilinin həbsi üçün xüsusi əməliyyat hazırlayırlar. Bu barədə məlumatı TASS agentliyi yayıb. “Xüsusi əməliyyat hazırlanır. Böyük sayda qüvvə və texnikadan istifadə ediləcək. Bu say Saakaşvilinin Kiyevdəki mənzilində aparılan əməliyyatdan çox olacaq. Hələlik əməliyyatın tarixi bilinmir”, – deyə agentliyin mənbəsi bildirib.

Qeyd edək ki, Saakaşvili dünən Ukrayna hüquq-mühafizə orqanları tərəfindən həbs edilsə də, sonradan tərəfdarlarının yardımı ilə azadlığa çıxmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə