“Qırmızı Kitab” müzakirәyə çıxarılacaq

“Qırmızı Kitab” müzakirәyə çıxarılacaq

Türkiyə Milli Tәhlükәsizlik Şurasının bu aya planlaşdırılan toplantısında "Qırmızı Kitab" kimi tanınan "Milli Tәhlükәsizlik Siyasi Sәnәdi" gündәmә salınacaq. SİA-nın məlumatına görə, hәmin sәnәdlә yanaşı, terrorla mübarizәdә görülәn tәdbirlәr, elәcә dә daxili vә xarici tәhlükәsizliyә dair mәsәlәlәr Şura toplantısında müzakirә olunacaq.

Sәnәddә daxili tәhdidlәr bölmәsindәki irtica kәlmәsinin әvәzinә dini istismar edәn tәşkilatlar ifadәsi işlәnib.

Terror tәşkilatı PKK-nın tәhlükәsizliyә tәhdid kimi göstәrildiyi sәnәddә İsrail, İraqın şimalındakı ekstremist qruplaşmalar, İranın nüvә fәaliyyәti vә Yunanıstan ilә Egedә yaşanan problemlәrә dә yer ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə