İranın şimalında baş vermiş zəlzələdə yaralananların sayı 30 nəfərə çatıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Gilan vilayətinin Təcili Tibbi Xidmətlər İdarəsinin rəhbəri Peyman Asadi yaralananların müalicə olunduğunu deyib.
Xatırladaq ki, bu gün İranın şimalında 4,8 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar Gilan vilayətinin Ləngərut şəhərində qeydə alınıb. Zəlzələnin ocağı 23 km dərinlikdə yerləşib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB