Son on gündə cənubi Taylandda güclü yağışların səbəb olduğu sel nəticəsində 15 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin təbii fəlakətlərin idarə edilməsi şöbəsinin yaydığı məlumatda qeyd olunub.
Məlumatda qeyd olunur ki, həlak olanların hamısı güclü su axınında boğulublar.
Sel 8 kəndə təsir edib. Təbiət hadisəsi nəticəsində 1 milyondan çox insan zərər çəkib, kənd təsərrüfatına güclü şəkildə ziyan vurub. Bir çox yerlərdə selin dərinliyinin 1.5-2 metrə çatdığı bildirilir.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB