Saakaşvili nədə ittiham olunur? FOTO

Saakaşvili nədə ittiham olunur? FOTO

Ukrayna Təhlükəsizlik Xidməti ilə Baş Prokurorluğun yaydığı birgə məlumata görə, Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Cinayət Məcəlləsinin 256-cı maddəsi ilə - cinayətkar təşkilatlarla əməkdaşlıqda və cinayət tərkibli əməllərdə ittiham olunur.

SİA-nın xəbərinə görə, məlumatda, həmçinin Saakaşvilinin yaxın vaxtlarda dindiriləcəyi bildirilir.

Mixeil Saakaşvili bu gün səhər Ukraynanın xüsusi xidmət orqanları tərəfindən Kiyevdə saxlanılıb. Baş Prokurorluğun əməkdaşları onun yaşadığı mənzildə axtarış aparıblar.

Hüquq-mühafizə orqanları bir qrup etirazçının müqavimətinə baxmayaraq, M.Saakaşvilini evindən çıxararaq avtomobillə hadisə yerindən uzaqlaşdırmağa nail olublar. Hazırda Saakaşvilinin tərəfdarları ilə güc strukturları arasında qarşıdurma davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə