Moskvada Federal Təhlükəsizlik Xidmətinə məxsus binalardan birinə bomba yerləşdirilməsi haqqında hüquq-mühafizə orqanalarına informasiya daxil olub. Bu barədə informasiyanı TASS agentliyi yayıb.
“Bombanın Böyük Lubyanka küçəsi 11, ev 21, korpus 1/1-də yerləşdiyi haqqında informasiya daxil olub. Bu küçədə FTX-nin bölmələrindən biri yerləşir. Hazırda hadisə yerinə kinoloqlar gətirilib. Binadan əməkdaşların evakuasiya edildiyi haqqında məlumat yoxdur” – deyə agentliyin yaydığı məlumatda bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB