Ağ Evin müxbiri 90 yaşındakı Helen Tomas İsrailin Mavi Mərmərəyə hücumunu və hüquq pozuntularını tənqid etdiyi üçün işdən azad edilmişdi. SİA-nın məlumatına görə, Tomas 50 illik işini itirəndən sonra hadisə haqqında ilk dəfə bu gün açıqlama verib. Amerikada İsrailin lehinə danışmağın mümkünsüzlüyünü dilə gətirən müxbir işdən azad olmasının səbəbinin məhz İsraili tənqid etmək olduğu xəbərini doğrulayıb: "Mən İsrailin Fələstindən rədd olub getmələrini, Fələstindəki yəhudilərin isə Almaniya, Polşa və ABŞ-a dönmələrini məsləhət bilmişdim. Bu tənqidim üçün mən 50 illik işimdən azad oldum. Bu da onu sübut etdi ki, ABŞ-da İsrail əleyhinə danışmaq mümkün deyil".
Bütün bunlarla yanaşı Helen Tomas çox çətinliklər çəksə də sözlərindən peşman olmadığını dilə gətirib: "Mən Ağ Evdə müxbirlik etdiyim 50 ildə 10 ABŞ prezidentinin rəhbərliyinin şahidi olmuşam. İşdən azad ediləndən sonra 2 həftə koma vəziyyətində oldum. Təbii ki, hadisə mənə çox təsir etmişdi. Amma buna baxmayaraq, söylədiklərimdən peşman deyiləm, çünki nə düşünürəmsə, onu da demişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB