Cənubi Amerikada güclü zəlzələ olub

Cənubi Amerikada güclü zəlzələ olub

Ekvador sahillərində 6,2 bal gücündə zəlzələ olub.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Baiya de Karakes şəhərindən 28 kilometr şimal-şərqdə qeydə alınıb. Avropa Aralıq dənizi Seysmoloji Mərkəzindən verilən xəbərə görə, zəlzələ ocağı isə 30 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə