Noyabr ayında İranın qərbində baş verən güclü zəlzələnin qurbanlarının sayı 521-ə çatıb. Bu barədə İRNA agentliyi məlumat yayıb. Daha öncə isə 505 nəfərin öldüyü, 12 min nəfərin yaralandığı bildirilirdi.
Ölənlərin əksəriyyətinin İraqla sərhəddə yerləşən Sərpol Zəhab şəhərinin sakinləri olduğu bildirilib.
Qeyd edək ki, İran-İraq sərhədində noyabrın 12-də 7,2 bal gücündə zəlzələ baş vermişdi. Yeraltı təkanlar İran və İraqla yanaşı, Türkiyə və Azərbaycanda da hiss edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB