Hərbi hissə komandiri atışmada həlak olub

Hərbi hissə komandiri atışmada həlak olub

Tacikistanın hərbi hissə komandiri Əfqanıstanla sərhəddə silahlı qruplaşma ilə baş vermiş atışmada həlak olub.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Əfqanıstanla sərhəddəki Şamsiddin Şohin rayonunda, Lanqurixo qışlağında baş verib. Atışma zamanı həmçinin daha 4 hərbçi yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır. Bu səbəbdən də yaralıların vertolyotla Düşənbə şəhərinin hərbi hospitalına göndəriləcəyi ehtimal olunur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə