Rza Zərrabın əmlakı müsadirə ediləcək

Rza Zərrabın əmlakı müsadirə ediləcək

İstanbul məhkəməsi ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab və qohumlarının əmlakının müsadirə edilməsinə dair qərar qəbul edib.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul Respublika Prokurorluğu Rza Zərrabla bağlı təhqiqata başlayıb.

Məlumata görə, siyahıda 23 nəfərin adı var. Rza Zərrabın müğənni Ebru Gündəşlə nikahdan olan qızı Alara Zərrabın adına alınmış mülklər də müsadirə olunacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə