Cənubi Koreyaya vizasız gediş təmin olundu

Cənubi Koreyaya vizasız gediş təmin olundu

Cənubi Koreyanın Pxençan şəhərində gələn ilin fevral-mart aylarında keçiriləcək növbəti Qış Olimpiya Oyunları və Paralimpiya Oyunları ilə əlaqədar Çin vətəndaşları üçün vizasız rejimin tətbiqinə başlanılıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu gündən qüvvəyə minən qərarın icrası martın sonunadək davam edəcək. Bu müddətdə Çin vətəndaşları müvafiq turizm agentliklərindən Olimpiya və ya Paralimpiya oyunları üçün alınan bileti təqdim etməklə, Cənubi Koreyada 15 gün müddətində vizasız qala biləcəklər.

Qeyd edək ki, “Pxençan-2018” Qış Olimpiya Oyunları gələn il fevralın 9-25-də, Qış Paralimpiya Oyunları isə martın 9-18-də keçiriləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə