Rusiya qırıcıları İŞİD-in obyektlərini məhv edib

Rusiya qırıcıları İŞİD-in obyektlərini məhv edib

Rusiyaya məxsus Tu22M3 bombardmançı təyyarələri Suriyanın Deyr əz-Zor vilayətində İŞİD obyektlərinə növbəti aviazərbələr endirib. Bu barədə Rusiya Müdafiə Naziriyi məlumat yayıb.

“1 dekabr tarixində Rusiyadan havaya qalxan 6 bombardmançı təyyarə Suriyanın Deyr əz-Zor ərazisində İŞİD-in strateji hədəflərini və texniki vasitələrini məhv edib”, - deyə bildirilib. Su-30 təyyarələrinin isə əməliyyat zamanı təhlükəsiziyi təmin etdiyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə