Finlandiya, İsveç, Danimarka və Norveç öz ordularını ümumi təchizatla təmin etmək niyyətindədirlər. Finlandiya Müdafiə Nazirliyindən bildiriblər ki, hərbçilər 65 milyon avroya 20 min dəst geyim satın alacaqlar. Digər Şimal ölkələri də öz orduları üçün eynən belə forma alacaqlar. Daha əvvəl dörd dövlətin hərbi nazirləri vahid forma haqqında müqavilə imzalayıblar.
Vurğulanır ki, Şimal ölkələri ilk dəfədir eyni təchizata keçir və bu məqsəd üçün təxminən 400 milyon avro xərclənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB