CHP-li deputat ömürlük həbs olunacaq?

CHP-li deputat ömürlük həbs olunacaq?

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkili Enis Berberoğlu ömürlük həbs cəzasına məhkum edilə bilər. Trend-in məlumatına görə, deputat Türkiyə kəşfiyyatının fəaliyyəti ilə bağlı fotomaterialların yayılmasında ittiham olunur.

Qeyd edək ki, bir müddət əvvəl E.Berberoğlu bu materialların ona partiya sədri Kamal Kılıçdaroğlu tərəfindən verildiyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə