İranda 51 nəfər zəlzələdən xəsarət alıb

İranda 51 nəfər zəlzələdən xəsarət alıb

İranın cənub-şərqində baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 51 nəfərə çatıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, zəlzələ bölgəsində axtarış-xilasetmə işləri aparılır.

Qeyd edək ki, bu gün səhər saatlarında İranın cənub-şərq hissəsində 6,3 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar Kerman şəhərindən 65 km şimal-şərqdə, 13 km dərinlikdə qeydə alınıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə