Nəsrallah: “Livan hökuməti İrana minnətdarlıq etməlidir”

Nəsrallah: “Livan hökuməti İrana minnətdarlıq etməlidir”

İran prezidenti Mahmud Əhmədinejadın Livana səfəri başlayıb. SİA-nın məlumatına görə, İsrail, ABŞ və Livanın bir hissəsinin qarşı çıxmasına baxmayaraq İran prezidenti Mahmud Əhmədinejad bu gün tarixi Livan səfərinə başlayır.

Hizbullah lideri Nəsrallah xalqı Əhmədinejadı təntənəli şəkildə qarşılamağa çağırıb. Livan rəsmiləri bildirib ki, Əhmədinjadın Livanın dövlət başçısı Mişel Süleyman, Milli Məclisin spikeri Nebih Berri, baş nazir Saad Hariri ilə görüşəcəyi planlaşdırılır.

Nazirlik sözçüsünün sözlərinə görə, səfərin ən həyəcalı hissəsi sabah olacaq: "Mahmud Əhmədinejad səfər dövründə Livan rəsmiləri ilə görüşəcək. Amma səfərin ən maraqlı hissəsi sabah gerçəkləşəcək. Sabah prezident Hizbullah qalasının cənubunu ziyarət edəcək".

1978-2000-ci il İsrail işğalında ələ keçirilən və İsrailin 2006-cı ildəki hücumunda böyük itki verən qala İranın maaaliyə yardımı ilə yenidən inşa edilib.

Hizbullah lideri Nəsrallah bildirib ki, bu yardım üçün Livan İrana təşəkkür etməlidir: "İsrailin hücümlarından sonra darmadağın edilən qalanın inşası İrana məxsusdur. Məhz buna görə də, Livan hökuməti İrana minnətdarlıq etməlidir".

Qeyd edək ki, səfər ərəfəsində tərəflər arasında müxtəlif iqtisadi, ticarət, elmi, su və sağlamlıq sahələrində bəzi razılaşmaların imzalanacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə