Son 3 ildə Suriya və İraqda təşkil etdiyimiz hərbi əməliyyatlarda ən azı 801 dinc sakin ölüb. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın başçılıq etdiyi hərbi koalisiyanın açıqlamasında deyilib.
“Ölüm faktı ilə bağlı 605 sənəd araşdırılır. Mülki şəxslərin ölümü və yaxud yaralanması ilə bağlı olaylara görə məsuliyyət daşıyırıq”, - məlumat da bildirilib.
Koalisiya həmçinin Suriyada Rusiya Hərbi Qüvvələri ilə gərginlik yaratmaması üçün əlindən gələni etdiyini də vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB