Taylandda daşqınlar 6 nəfərin ölümünə səbəb olub

Taylandda daşqınlar 6 nəfərin ölümünə səbəb olub

Taylandda noyabrın 25-dən yağmağa başlayan aramsız yağışlar sellə nəticələnib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, daşqınlar nəticəsində 6 nəfər ölüb. Ölkənin Təbii fəlakətlərin aradan qaldırılması departamentinin direktoru Çayyapxon Txitxisak 385 nəfərin sel sularından ziyan çəkdiyini bildirib.

Məlumata əsasən Narativat və Yalla rayonlarında yaşayış məntəqələri su altında qalıb, nəqliyyatın hərəkəti iflic olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə