Bu gün Ukraynada matəmdir

Bu gün Ukraynada matəmdir. SİA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, ötən gün Ukraynada çoxsaylı insan ölümünə səbəb olan hadisə ilə əlaqədar prezident Viktor Yanukoviç oktyabrın 13-nü matəm günü elan edib.

 

Ən son məlumatlara görə, hadisədə həlak olanların sayı 42 nəfərə çatıb.

 

Qeyd edək ki, ötən gün səhər saatlarında Ukraynanın Dnepropetrovsk vilayətində qatarla avtobusun toqquşması böyük insan tələfatına səbəb olub. İlkin versiyaya görə, qəzaya avtobus sürücüsünün işıqforun qadağan olunmuş işığında hərəkət etməsi səbəb olub. Həlak olanlardan ikisinin azyaşlı olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə