“Frans 24” telekanalı ərəb dilində fasiləsiz yayıma başlayıb

“Frans 24” telekanalı ərəb dilində fasiləsiz yayıma başlayıb

Fransanın "Frans 24" xəbərlər telekanalı ərəb dilində fasiləsiz yayıma başlayıb. SİA-nın məlumatına görə, bunu jurnalistlərə kanalın redaksiya müdiri Jan Lezye bildirib.

O qeyd edib ki, məqsədimiz təkcə ölkəmizi ərəb dünyasına tanıtmaq deyildir, həm də Fransanın ərəbdilli əhalisinə xidmət göstərməkdir. Ərəb dili redaksiyasının müdiri Nahidə Nakad bildirib ki, redaksiyada 60 jurnalist işləyir. Kanal iqtisadiyyat, mədəniyyət, sosial idman mövzularına xüsusi yer ayıracaqdır.

"Frans 24" kanalının baş direktoru Alen de Puziyak deyib: "Ərəb ölkələrində 300 milyona yaxın adam yaşayır. Onların 60-80 milyonu xarici dil bilmir. Buna görə də əgər onların bizi eşitməsini istəyiriksə, onların ana dilində danışmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə