Xorvatiyalı general məhkəmə zalında özünü öldürüb!

Xorvatiyalı general məhkəmə zalında özünü öldürüb!

Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq tribunalın mühakimə etdiyi bosniyalı xorvatların generalı Slobodan Pralyak məhkəmə zalında intihar cəhdindən sonra ölüb. AZƏRTAC xəbər verir ki, Hina agentinin məlumatına görə, general xəstəxanada keçinib. Bu informasiya hələlik rəsmən təsdiqlənməyib. Hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları işləyir. Bu gün tribunalın Apelyasiya Palatası Paralyak barədə 4 il əvvəl çıxarılmış hökmü təsdiqləyib – 2013-cü ildə general 20 il həbs cəzasına məhkum olunmuşdu. General iclasda ayağa qalxaraq hərbi cani olmadığını, hökmü rədd etdiyin deyib və naməlum maye ilə dolu şüşəni başına çəkib. Müttəhimin vəkili şüşədəkinin zəhər olduğunu bildirib

Məhkəmə, həmçinin Bosniya xorvatlarının “Herseq Bosna” adlandırılan qondarma qurumunun sabiq baş naziri Yadranko Prliç (25 il həbs) və sabiq müdafiə naziri Bruno Stoyiç (20 il həbs) barəsində hökmləri də qüvvədə saxlayıb.

Onların hər üçü Bosniya və Herseqovinada 1990-cı illərdə baş verən müharibə zamanı insanlıq əleyhinə cinayətlərdə təqsirkar bilinir.

Bütün xəbərlər Facebook səhifəmizdə