Çexiyanın Baş naziri Boquslav Sobotkanın rəhbərlik etdiyi hökumət istefaya yollanıb. Trend-in məlumatına görə, yeni hökumət oktyabrda keçirilmiş parlament seçkilərinin nəticələri əsasında ölkə prezidenti Miloş Zeman tərəfindən dekabrın 13-də təyin olunacaq.
Həmin seçkilərdə qalib gəlmiş ANO hərəkatının lideri Andrey Babişin yeni hökuməti formalaşdıracağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB