Sobçakın qızı: “Məqsədim Rusiya prezidenti olmaq deyil"

Sobçakın qızı: “Məqsədim Rusiya prezidenti olmaq deyil"

Rusiyada 2018-ci ilin yazında keçiriləcək prezident seçkilərində namizəd qismində iştirak edəcəyini açıqlamış Kseniya Sobçak qarşısına prezident olmağı deyil, problemlərdən danışmağı məqsəd qoyduğunu bildirib. Axar.az xəbər verir ki, bu barədə teleaparıcı jurnalistər qarşısında çıxışı zamanı danışıb.

“Məqsədim Rusiya prezidenti olmaq deyil. Mənim məqsədim hazırda barəsində susulan mövzulardan danışmaqdır. Qanuna görə yalnız prezidentlik kampaniyasına televiziyalarda müəyyən edilmiş miqdarda efir vaxtı verilir. Yəni televiziya internet saytlarını izləməyən, müəyyən saytlara daxil olmağı bacarmayan bir qrup insana qarşı hələ də ən güclü təsir vasitəsidir. Buna görə də bu, aşkarlıq, azadlıq və həqiqətin kampaniyasıdır”, - Sobçak deyib.

Qeyd edək ki, 2018-ci ilin martında keçiriləcək prezident seçkilərində Kseniya Sobçak “hər kəsə qarşı olan” namizəd kimi iştirak edəcəyini açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə