Helikopter qəzaya uğrayıb

Meksikanın HHQ-nın helikopteri Herrero ştatında qəzaya uğrayıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ştatın təhlükəsizliyi üzrə koordinasiya qrupunun nümayəndəsi Roberto Alvares Erediya deyib.

"SEDENA (Meksikanın Milli Müdafiə nazirliyi) təsdiq edir ki, helikopter 10:40-da qəzaya uğrayıb" deyə, Erediya özünün "Twitter" səhifəsində yazıb.

Hadisə nəticəsində ölənlər barədə məlumat verilmir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə