Kataloniyalı separatçılar Brüsseldə aksiya keçirəcəklər

Kataloniyalı separatçılar Brüsseldə aksiya keçirəcəklər

Kataloniyanın müstəqilliyinin 20 minə yaxın tərəfdarı dekabrın 7-də Brüsseldə İspaniyada həbsdə olan liderlərinin azadlığa buraxılması üçün aksiya keçirməyə hazırlaşırlar. Vəd olunub ki, aksiya sülh şəraitində keçiriləcək, əsas şüar isə “Oyan Avropa! Demokratiyanı bərqərar edək!” olacaq.

Hazırda Kataloniyanın keçmiş başçısı Belçikadadır və onun əleyhinə cinayət işi açılıb. Rəsmi Madrid Brüsselə Karles Puçdemonu tutmaq üçün order göndərsə də, qısa sürən məhkəmədən sonra Kataloniya lideri nəinki azadlığa buraxılıb, ona hətta siyasi fəaliyyətlə məşğul olmaq icazəsi də verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə