Britaniya şahzadəsi Harrinin və amerikalı aktrisa Meqan Marklın toyu may ayına təyin olunub. Bu barədə Kensinqton sarayından məlumat verilib. BBC-nin məlumatına görə, toy mərasimi Vindzor qəsrində keçiriləcək. Təntənəli qəbul da daxil olmaqla, toyun bütün xərclərini Kral ailəsi ödəyəcək. Nişanlı qız Britaniya vətəndaşlığını qəbul etmək niyyətindədir.
Xatırladaq ki, 36 yaşlı Meqan Markl “Fors-majorlar” serialında Reyçl Zeyn rolu ilə məşhurdur. O, 2011-ci ildə rejissor Trevor Engelsona ərə gedib, 2013-cü ildə isə boşanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB