“Türk Hava Yolları"nın təyyarəsi Kanadada məcburi eniş edib

“Türk Hava Yolları"nın təyyarəsi Kanadada məcburi eniş edib

“Türk Hava Yolları” aviaşirkətinə məxsus təyyarə Kanadanın Halifaks hava limanında məcburi eniş etməli olub.

Trend-in məlumatına görə, buna sərnişinlərdən birinin özünü pis hiss etməsi səbəb olub. Təyyarə uğurla eniş etdikdən sonra həmin sərnişin xəstəxanaya çatdırılıb. İstanbuldan Mayamiyə uçuş həyata keçirən təyyarə bir saatlıq gecikmə ilə Mayami hava limanına eniş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə