İranda ölənlərin sayı 483 nəfərə çatıb

İranda ölənlərin sayı 483 nəfərə çatıb

İranda noyabr ayının 12-də baş verən zəlzələ nəticəsində ölənlərin sayı 483 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 12 min insan xəsarət alıb.

Məlumata əsasən, həlak olanların 237-si kişi, 246-sı isə qadındır.

Qeyd edək ki, İranın Kermanşah əyalətində, İraqla sərhəddə noyabrın 12-si 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar başqa ölkələrdədə hiss olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə