Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan hərbçisi yaralanıb

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan hərbçisi yaralanıb

Ermənistan Silahlı Qüvvələrinin qoşunların təmas xəttində atəşkəs rejimini pozması nəticəsində Azərbaycan hərbçisi yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hadisə cəbhənin Ağdam istiqamətində baş verib. Azərbaycan Ordusunun əsgəri, 1983-cü il təvəllüdlü Elgiz Məhəmməd oğlu Rüstəmov Ağdamın Qaraqaşlı kəndi istiqamətində ermənilərin açdığı atəş nəticəsində sol budundan güllə yarası alıb.

 

Yaralanan əsgər hospitala yerləşdirilib və onun vəziyyəti kafidir. Qeyd edək ki, E. Rüstəmov müddətdən artıq xidmət keçən hərbi qulluqçudur.

Bütün xəbərlər Facebook səhifəmizdə