Atlantik okeanında itmiş Argentinaya məxsus “San Xuan” sualtı qayığının axtarışları davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, artıq axtarışlara dronlar da qoşulacaq. Argentina Hərbi-Dəniz Qüvvələrinin nümayəndəsi Enrike Balbi açıqlamasında bildirib ki, dronların köməyi ilə 6 min metrədək dərinlikdə axtarışlar aparmaq mümkün olacaq. Onun sözlərinə görə, hazırda xilasetmə işləri 600 metr dərinlikdə aparılır.
Xatırladaq ki, göyərtəsində 44 nəfərin olduğu “San Xuan” sualtı qayığı noyabrın 15-də Atlantik okeanının cənubunda itib.
Məlumat üçün nəzərinizə çatdıraq ki, qayığın axtarışları üçün Rusiya və ABŞ öz avadanlıqlarını təklif edib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB