Gürcüstanın Batumi şəhərində Leogrand otelində baş verən yanğın nəticəsində həlak olan 11 nəfərdən 10-u Gürcüstan, 1-i isə İran vətəndaşıdır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, hadisə zamanı 21 nəfər hospitallaşdırılıb, onlardan 3 nəfəri evə buraxılıb. Digər 18 nəfər isə şəhərin müxtəlif klinikalarında müalicələrini davam etdirirlər. Zərəçəkənlərdən biri Gürcüstan Daxili İşlər Nazirliyinin Təcili Yardım Agentliyinin əməkdaşıdır.
Yaralılardan 12 nəfəri Gürcüstan, biri İsrail, 5 nəfəri ilə Türkiyə vətəndaşıdır.
Daxili İşlər Nazirliyinin məlumatına görə, yanğının söndürülməsində insanların xilas edilməsində 17 yanğınsöndürmə qrupu, 120 xilasetmə və yanğından mühafizə xidmətinin əməkdaşları 200-dən çox polis iştirak edib.
Xilasedicilər otel binasından 100-dən çox insanı təxliyə ediblər. Onların içərisində otel əməkdaşları da olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB