Türkiyənin baş naziri bu gün Pakistana gedəcək

Türkiyənin baş naziri bu gün Pakistana gedəcək

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Pakistana gedəcək. SİA-nın məlumatına görə, Türkiyə Baş Naziriyinin mətbuat mərkəzinin internet saytında yer alan açıqlamada 12 oktyabr 2010 tarixində Pakistanda səfərdə olacaq baş nazir Ərdoğanın prezident Asif Əli Zərdari, baş nazir Yusif Ziya Gilani və digər rəsmilərlə görüşəcəyi bildirilib.

Səfər çərçivəsində Pakistanda yaşanan son illərin ən böyük sel fəlakətinin təsirlərini yerində müşahidə edəcək Ərdoğanın Türk Qızılayının sel fəlakətinə yardımlarını da yerində gözdən keçirəcəyi bildirilir.

Açıqlamaya görə, baş nazirin səfərində sel fəlakətinin nəticələrinin aradan qaldırılması üçün atıla biləcək əlavə addımların müzakirəsi və ikitərəfli əlaqələrdə iki ölkəni yaxından maraqlandıran regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılması da nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə