Somalinin dəniz quldurları yapon gəmisini qaçırıblar

Somalinin dəniz quldurları yapon gəmisini qaçırıblar

Somali sahillərində dəniz quldurları Avropa Birliyi Dəniz Qüvvələrinin aktiv fəaliyyətlərinə baxmayaraq gəmiləri qaçırmağa davam edir.

SİA-nın məlumatına görə, bu gün piratlar Panama bayrağı altındakı "İzumi" adlı yapon gəmisini qaçırıblar.

Gəmidə 20 nəfərlik filippinli ekipaj üzvləri də var. Qaçırılan gəminin Yaponiyadan Sinqapur üzərindən Keniyanın Mombasa limanına getmək üçün yola çıxdığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə