Ötən gün Türkiyənin Antaliya şəhərində Rusiya, İran və Türkiyə XİN rəhbərləri arasında görüş keçirilib. Mevlüt Çavuşoğlu, Cavad Zərif və Serqey Lavrovun görüşünün məqsədi noyabrın 22-də Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin iştirakı ilə keçiriləcək toplantıya hazırlıq məqsədi daşıyır.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yüksək səviyyədə təhlükəsizlik tədbirlərinin müşayiəti ilə keçirilən görüş səhər 11-də başlayıb. Əsas mövzular Suriyada atəşkəsin təmin olunması ilə bağlı son bir ildə aparılan prosesin gedişi, Suriyada münaqişənin siyasi həlli və həmçinin atəşkəsin davamlıolması üçün hansı addımların atılması olacaq.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB