Qırğızıstanda keçirilən parlament seçkilərində devrilmiş prezidentin partiyası öndədir

Qırğızıstanda keçirilən parlament seçkilərində devrilmiş prezidentin partiyası öndədir

Qırğızıstanda dünən keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, seçkilərdə devrilmiş prezident Kurmanbek Bakiyevin Ata Jurd Partiyası parlamentə girən ilk partiya olub.

 

Mərkəz Seçki Komissiyası 2 min 333 seçki qutusundan 2 min qutunun açıldığını bildirib. Komissiyadan verilən məlumata görə, Ata Jurd Partiyası 8,57 faiz səslə ilk yerdədir. Bu partiyanı 7,97 faizlə İctimai Demokrat, 7,02 faizlə Ar-Namıs, 7,02 faizlə Respublika və 5,97 faizlə Ata-Məkan partiyaları izləyir. Digər partiyalar isə ölkə üzrə 5 və bölgələr üzrə 0,5 fazilik həddi hələ ki, aşa bilməyib.

 

Seçicilərin 56,59 faizinin iştirak etdiyi seçkidə parlamentə düşmək üçün siyasi partiyalar səslərin azı 5 faizini toplamalıdır. Parlament seçkisində 29 partiya iştirak edib. Yeni seçki qaydalarına əsasən, heç bir partiya parlamentdəki mümkün 120 yerdən 65-dən yuxarısını tuta bilməz. Bundan başqa Qırğızıstan prezident idarə üsulu sistemindən parlament respublikasına çevriləcək. Seçkidən sonra yeni baş nazir seçiləcək və hökümət müəyyən ediləcək. Müvəqqəti hökumətin rəhbəri Roza Otunbayevanın prezident seçilməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə