Pakistanda Əfqanıstandakı koalisiya qüvvələrinə neft aparan növbəti maşın karvanı da hücuma məruz qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, karvanda 29 yük maşını olub.
Bəlucistan vilayətinin Mitri şəhərində, bir restoran yaxınlığında reallaşan hücumda 10 silahlı iştirak edib. Meydana gələn yanğının söndürülməsində çətinliyin ortaya çıxdığı bildirilir.
Qeyd edək ki, Pakistan tərəfindən Əfqanıstana gedən əsas keçid məntəqəsinin 30 sentyabrda bağlanmasından bu yana koalisiya qüvvələrinə neft daşıyan karvanlara hücumlar təşkil olunur. Taliban üzvləri 3 gün əvvəl də neft daşıyan 70 maşına hücum edərək bir sürücünü öldürmüşdü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB