Həsən Lazim: “Rusiya Duvayrik anbarı üçün 450 milyon dollar, Tayyib anbarı üçün isə 250 milyon dollar ayırıb”
İraqın Əl Amara şəhərində Dəclə çayının üzərində 2 su anbarı tikiləcək. SİA-nın məlumatına görə, anbarların inşası üçün Rusiya ilə razılıq əldə edilib. İraqda Kənd Təsərrüfatı və Melioriasiya üzrə bölgə müdiri Həsən Lazim Rusiyanın anbarların tikilişi üçün İraqa müraciət etdiyini bildirib: "Amara şəhərinin 50 kilometr şərqində Dəclə çayının üzərində Duvayrik və Tayyib anbarlarının inşa edilməsi üçün layihə artıq hazırlanıb. Rus şirkəti "Wintercroff" layihəni həyata keçirmək üçün bizə müraciət edib. Rusiya ilə İraq arasında bu mövzuda razılıq əldə edilib. Rusiya tərəfi layihəni gerçəkləşdirmək üçün hazır vəziyyətdədir".
Anbarların inşasının bölgə əhalisi üçün faydasından danışan Həsən Lazim Rusiyanın inşaat üçün büdcəsindən ayırdığı məbləği də açıqlayıb: "Bölgədə yay aylarında susuzluqdan ciddi şəkildə əziyyət çəkilir. Bu layihə gerçəkləşdirildikdən sonra bölgə əhalisinin vəziyyəti kifayət qədər yaxşılaşacaq. Rusiya Duvayrik anbarı üçün 450 milyon dolar, Tayyib anbarı üçün isə 250 milyon dollar ayırıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB