"Əsas hədəf Kiprdə tək suveren dövlət yaratmaqdır"

"Əsas hədəf Kiprdə tək suveren dövlət yaratmaqdır"

Kiprin rum kəsimində səfərdə olan Rusiya prezidenti Dmitri Medvedev adadakı problemlərin xarici təsirlər və zaman məhdudiyyəti olmadan, iki icmanın müzakirələri ilə həllinə tərəfdar olduqlarını söyləyib.

SİA-nın məlumatına görə, Medvedev problemin xaricdə hazırlanan reseptlərlə və ya süni təqvimlərlə həlli istiqamətindəki təzyiqlərə qarşı olduğunu deyib.

Dmitri Xristofyasla birlikdə keçirdiyi mətbuat konfransında Medvedev hədəfin Kiprdə tək suveren dövlət yaratmaq olduğunu söyləyib.

Medvedevin səfərində iqtisadi məsələlər ağırlıq təşkil edib. Kıbrıs rum kəsimi ilə Rusiya arasında maliyyə və iqtisadi əlaqələr, Rusiya şirkətlərinin Kiprin Rum kəsimindəki problemlərinin həlli, onlara vergi asanlaşdırmalarının tətbiqi kimi məsələlər müzakirə edilib. Kıbrıs rum icmasının lideri Xristofyas isə AB ilə Rusiya arasında viza rejiminin ləğvinə çalışdıqlarını deyib.

Medvedevin səfərinin BMT-nin noyabr ayında açıqlayacağı hesabata mənfi təsir edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə