İran parlamentinin sədri Əli Laricani ermənistanlı həmkarı Hovik Abrahamyanla görüşüb
8 Oktyabrda Ermənistana səfər edən İran parlamentinin sədri Əli Laricani ermənistanlı həmkarı Hovik Abrahamyanla görüşüb. SİA-nın NEWS.am-a istinadən verdiyi xəbərə görə, iki ölkənin parlament spikerləri Ermənistan-İran əməkdaşlığının bölgədə sülh və firavanlığa töhfə verəcəyini ifadə ediblər.
Tərəflər qarşılıqlı iqtisadi əlaqələrin sürətləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Hovik Abrahamyan Dağlıq Qarabağ münaqişəsi mövzusunda İran rəhbərliyinə bitərəf mövqe nümayiş etdirdiyi üçün təşəkkür edib. Əli Laricani münaqişənin tərəflər üçün qarşılıqlı razılaşma şəraitində həll edilməsinin vacibliyini qeyd edib.
Görüşdə Ermənistan-Türkiyə münasibətlərinə də toxunulub.
Əli Laricaniyə görə, İran və Ermənistan arasındakı əməkdaşlıq, regionda inkişaf və tərəqqi üçün müvəffəqiyyətli bir körpü ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB