İranda baş verən zəlzələ nəticəsində ölən və yaralıların sayı artmaqda davam edir. SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, son açıqlamada dağıdıcı zəlzələ nəticəsində 372 nəfərin öldüyü, 6 min nəfərə yaxın insanın yaralandığı açıqlanıb.
Bundan əvvəl İranın böhran idarəçiliyinin rəhbəri İsmayıl Nəcər 341 nəfərin öldüyü, 5900 nəfərin isə zərər çəkdiyini açıqlamışdı
Xatırladaq ki, zəlzələ İran-İraq sərhəddində 7.2 bal gücündə qeydə alınıb. Yeraltı təkanlar İsrail, Küveyt, BƏƏ-də də hiss olunub.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB