Konqo Demokratik Respublikasının Lualaba əyalətində yük qatarı qəzaya uğrayıb.
SİA-nın məlumatına görə, qəza nəticəsində azı 33 nəfər həlak olub.
Hadisənin təfərrüatlarında bildirilir ki, yanacaq maddə daşıyan qatarda bir qrup sərnişin də aparılırmış.
Məlumata görə, qatar dağlıq ərazidə hərəkət edərkən relsdən çıxıb və dərəyə yuvarlanıb. Qəza nəticəsində vaqonlardakı yanacaq maddələr yanmağa başlayıb.
Hadisə ilə bağlı araşdırma başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB